Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Bu barədə AFFA-dan bildirilib.

 

Məlumata görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə – Ukrayna görüşünün hakim-inspektoru olacaq.

 

H qrupunun qarşılaşması İstanbulda yerləşən "Kasımpaşa Recep Tayyip Erdoğan" stadionunda baş tutacaq.