"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub. Sport24.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzair - CAR yoldaşlıq vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb.

 

Qeyd edək ki, görüş 3:3 hesabı ilə başa çatıb. Benzia qarşılaşmada dublla (22, 70) yadda qalıb.