Afrika Millətlər Kubokunun seçmə mərhələsində beşinci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi öz meydanında Misirlə qarşılaşıb. 

 

   

 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Andrade 46-cı dəqiqədə meydana daxil olub və 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

 

Qeyd edək ki, bu heç-heçədən sonra xallarının sayını 4-ə çatdıran Kabo-Verde millisi qrupda üçüncü yeri tutur. Komanda seçmə mərhələdəki son oyununu noyabrın 19-da Mavritaniyaya qarşı keçirəcək.