"Qalatasaray" Yaser Asprilya ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, "sarı-qırmızılılar" kolumbiyalı vingerlə yollarını ayıracaq.

 

Bu barədə "AS Colombia" nəşri məlumat yayıb.

 

Mənbənin iddiasına görə, İstanbul təmsilçisi qış transfer pəncərəsində "Jirona"dan icarəyə götürdüyü kolumbiyalı futbolçunun 23 milyon avroluq satınalma bəndindən istifadə etməmək qərarına gəlib.


Qeyd edək ki, 22 yaşlı oyunçu "Qalatasaray"ın heyətində indiyədək 5 oyunda forma geyinsə də, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.