Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Metehan Baltacı azadlığa buraxılıb. Sport24.az "A Spor"a istinadən xəbər verir ki, gənc müdafiəçi barəsində yekun qərar bu gün, 25 mart 2026-cı ildə keçirilən məhkəmə iclasında qəbul olunub.

 

Təxminən üç aydan artıq müddətdə həbsdə qalan futbolçu ilk məhkəmə iclasından sonra sərbəst buraxılıb.

 

Mənbənin məlumatına görə, 23 yaşlı futbolçu məhkəmədə üzərinə qoyulan ittihamları qəbul etməyib. O, bildirib ki, heç bir oyun alqı-satqısı ilə bağlı razılaşmada iştirak etməyib və bu prosesdən maddi gəlir əldə etməyib.


Qeyd edək ki, Metehan Baltacı futbolda qanunsuz mərc və oyun alqı-satqısı iddiaları ilə bağlı başladılan istintaq çərçivəsində 2025-ci ilin dekabrında həbs edilmişdi.