"Ayntraxt" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Qalatasaray"la matçına ciddi itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, Almaniya klubunun yarımmüdafiəçisi Mario Götze oyunda iştirak etməyəcək.

 

Bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Götze zədəsini yeni sağaldıb. Lakin məşqçilər korpusu risk etmək istəmir. Buna görə də 33 yaşlı futbolçu "sarı-qırmızılar"a qarşı oynamayacaq. Qarşılaşma sentyabrın 18-də baş tutacaq.

 

Qeyd edək ki, Mario Götze bu mövsüm "Ayntraxt"ın heyətində 1 rəsmi matçda meydana çıxıb.