Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələ start götürür. Sport24.az xəbər verir ki, 8 ildən sonra Azərbaycan təmsilçisi də mötəbər turnirin bu raundunda mübarizə aparacaq. 

 

2017-ci ildə olduğu kimi Avropanın nəhəngləri arasında yer alan "Qarabağ" bu gün Lissabonda "Benfika"nın qonağı olacaq.

 

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. 

 

Qeyd edək ki, ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. "Köhlən atlar" "Atletik" (İspaniya), "Napoli" (İtaliya) və "Liverpul"la (İngiltərə) səfərdə qarşılaşacaq. "Kopenhagen" (Danirmarka), "Çelsi" (İngiltərə), "Ayaks" (Niderland) və "Aytraxt"la (Almaniya) isə Bakıda üz-üzə gələcək. 

 

Çempionlar Liqası

Liqa mərhələsi, 1-ci tur

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

Haimlər: Erik Lambrexts, Co De Veird və Kevin Monteni (Belçika) 

Lissabon. "Estadio da Luz"