FIFA 2026-cı il dünya çempionatı ilə bağlı genişləndirilmiş "Klub Kompensasiyaları Proqramı" (CBP) çərçivəsində dünya klublarına rekord məbləğdə - 355 milyon dollar ayırmağa hazırlaşır. Sport24.az bildirir ki, bu barədə təşkilatdan məlumat verilib.

 

Təşəbbüs Qətərdə 2022-ci ildə keçirilən turnirdən sonra ödənilən 209 milyon dollarla müqayisədə təxminən 70% artım deməkdir.

 

İlk dəfə olaraq futbolçularını yığmalarının heyətində dünya çempionatının seçmə mərhələsinə (təkcə finala deyil) buraxan klublar təzminat alacaq.