"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Pol Vanner PSV-yə keçib. Sport24.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.
Alman futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Transfermarkt" portalı PSV-nin 19 yaşlı yarımmüdafiəçi üçün Münhen klubuna 15 milyon avro ödədiyini bildirib.
Qeyd edək ki, Vanner ötən mövsüm icarə əsasında Almaniya təmsilçisi "Heydenhaym"ın formasını geyinib. O, meydana çıxdığı 41 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.