"Çelsi"nin müdafiəçisi Renato Veyqa "Vilyarreal"a  transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı portuqaliyalı ispan klubu ilə 2032-ci ilə qədər müqavilə imzalayıb. "Transfermarkt" portalının məlumatına görə, londonlular futbolçunu 24,5 milyon avroya satıb.

 

Qeyd edək ki, İsveçrənin "Bazel" klubundan 14 milyon avroya transfer olan Veyqa 2024-cü ilin yayından "Çelsi"də oynayır. Ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"da keçirən futbolçu A Seriyasında 13 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.