"Jirona" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, La Liqa klubu "Aston Villa"dan Aleks Morenonu transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Jirona" 32 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubuna 2 milyon avro təzminat ödəyib. İspaniyalı futbolçu ilə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Aston Villa" Aleks Morenonu 2023-cü ilin yayında "Betis"dən transfer etmişdi. Təcrübəli oyunçu ötən mövsüm icarə əsasında "Nottingem Forest"də çıxış edib.