PSJ-nin prezidenti Nasser Al-Xelaifi parislilərin Liqa 1-də erkən çempionluğunu şərh edib. Sport24.az xəbər verir ki, Fransa mətbuatına danışan klub prezidenti çempionluqda əməyi olan hər kəsi təbrik edib:
"Avropanın ən güclü liqalarından biri olan Liqa 1-in çempionu olmaqdan hədsiz qürur duyuruq və bu günə qədər məğlub olmadan titul qazanmaq xüsusilə sevindiricidir.
Bütün oyunçuları, baş məşqçimiz Luis Enrikeni, idman məsləhətçimiz Luis Kamposu və inanılmaz iş görən bütün heyətimizi təbrik edirik. Bu, Fransadakı və xaricdəki bütün pərəstişkarlarımız, eləcə də Paris şəhəri üçün əla andır".
Qeyd edək ki, parislilər 28-ci turda "Anje"ni məğlub etməklə 13-cü Fransa çempionuluğunu rəsmiləşdirib.