Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Liqa 1 nəhənginin aaparıcı üzvlərindən olan Nunu Mendeş sıradan çıxıb.

 

Portuqaliyalı sol cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Tottenhem"lə matçında (5:3) sağ budundan zədə alıb. 23 yaşlı futbolçu sabah ölkə çempionatının "Monako" ilə matçında komandaya kömək edə  bilməyəcək.

 

Qeyd edək ki, PSJ Nunu Mendeşi 2021-ci ilin yayında Lissabon "Sportinq"indən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.