"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko Super Liqada "Qalatasaray"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçın əhəmiyyətindən danışıb:

 

"Qalatasaray"la oyunun nə qədər vacib olduğunu bilirəm. Derbilərdə bəhanəyə yer yoxdur. Onların hazırlıq üçün bizdən daha çox vaxtı olub. Ancaq biz də yaxşıyıq. Oyuna enerjili çıxacağıq".

 

Dekabrın 1-də keçiriləcək "Fənərbağça" – "Qalatasaray" oyunu saat 21:00-da start götürəcək.