İtaliyanın "Roma" klubunun və Fildişi Sahili yığmasının keçmiş hücumçusu Seydu Dumbiya peşəkar karyerasını başa vurub. Sport24.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında bildirib.

 

37 yaşlı oyunçunun son klubu Malta təmsilçisi "Hamrun" olub.

 

Qeyd edək ki, S.Dumbiya karyerası ərzində İsveçrənin "Syon", "Yanq Boys", "Bazel", İngiltərənin "Nyukasl", Portuqaliyanın "Sportinq", İspaniyanın "Jirona", Rusiyanın ÇSKA klublarında da forma geyinib.