"MDB Oyunları başa çatdıqdan dərhal sonra Gəncə şəhər stadionunda ot örtüyünün qurulması prosesinə start verilib". Sport24.az idman.biz-ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.

 

Nazirliyin əməkdaşı vurğulayıb ki, Gəncənin futbol arenasında davam edən işlər ardıcıllığa uyğun olaraq aparılır: "Hazırda drenaj və isitmə xətlərinin çəkilməsi, çınqıl-qum qarışığı ilə bərkitmə və digər işlərin icrası davam etdirirlir".

 

Qabil Mehdiyev əlavə edib ki, ot örtüyünün hazırlanması prosesi tamamlandıqdan sonra, təxminən aprel-may aylarında qazon tam bitib möhkəmlənəcək.

 

"Artıq bu dövrdən etibarən meydança ideal səviyyəyə çatacaq və oyunların keçirilməsi mümkün olacaq" - deyə Qabil Mehdiyev bildirib.