İspaniyanın "Betis" klubu baş məşqçisi Manuel Pelleqrini ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında anlaşmanın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 72 yaşlı çilili mütəxəssis 2020-ci ilin yayından komandaya rəhbərlik edir.
Qeyd edək ki, "Betis" hazırda 21 xalla La Liqanın turnir cədvəlində 5-ci yerdədir. M.Pelleqrini daha əvvəl İngiltərənin "Vest Hem", "Mançester Siti", İspaniyanın "Real" klublarını da çalışdırıb.