Rusiya millisinin qapıçısı Matvey Safonov PSJ-ni tərk etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, rus qolkiper artıq bu cür qərar qəbul edib.
O, Paris klubunda bu mövsüm bir oyunda belə meydana çıxmayıb.
26 yaşlı qapıçı 2024-cü ilin yayında "Krasnodar"dan Fransa nəhənginə keçib.
2024/2025 mövsümündə rusiyalı müxtəlif yarışlarda komandanın heyətində 17 oyun keçirib, 13 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.