"Milan"ın və ABŞ millisinin hücumçusu Kristian Pulişiç milli komandalar arasında keçirilən yoldaşlıq görüşündə aldığı zədə səbəbindən sıradan çıxıb. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, futbolçunun uçuşu gecikdiyi üçün hələ də İtaliyaya gəlməyib. Milan klubu futbolçunu hərtərəfli müayinədən keçirəcək. Zədəsi təsdiqlənərsə, amerikalı "Fiorentina", "Piza", "Atalanta", "Roma" və "Parma" ilə oyunları buraxacaq.

 

Qeyd edək ki, Pulişiç bu mövsüm bütün turnirlərdə "Milan"ın heyətində 8 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.