İsveç Futbol Assosiasiyası milli komandaya yeni baş məşqçi axtarışındadır. Sport24.az xəbər verir ki, bu barədə "Expressen" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Qrem Potter bu postda Con Dal Tomassonu əvəzləyə bilər. O, danimarkalının yerinə əsas əsas namizəddir və yaxın vaxtlarda tərəflər arasında danışıqlara start veriləcək. 

 

Potter sentyabrda "Vest Hem"dən qovulduqdan sonra işsizdi.  Potter 2011-2018-ci illərdə İsveçdə "Östersunds" klubunu çalışdırıb.

 

50 yaşlı ingilislə razılıq əldə olunmasa, İsveç Futbol Assosiasiyası digər namizədləri nəzərdən keçirəcək.

 

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinə sonuna iki tur qalmış İsveç bir xalla B qrupunda sonuncu yerdədir.