PSJ "Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalı "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın "El Nacional" nəşri məlumat yayıb.

 

Bildirilir ki, Fransa nəhəngi Laminə hazırda "Real"ın formasını geyinən Kilian Mbappe ilə eyni maliyyə şərtləri təklif etməyə hazırdır. Fransızlar gənc ispaniyalını bu göstəriciyə görə klubun rekordçusuna çevirməyi düşünür.

 

Qeyd edək ki, 17 yaşlı Yamalın "Barselona" ilə davam edən müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.