"Nottingem Forest"in İngiltərə Premyer Liqasında 4 xalı silinib. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

 

Bildirilib ki, klub maliyyə qaydalarını pozduğuna görə 4 xaldan məhrum olub. İngiltərə təmsilçisi isə qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

 

"Nottingem Forest" bu qərara qədər 25 xalla Premyer Liqanın turnir cədvəlində 17-ci yerdəydi. Klub 4 xalın silinməsi ilə 18-ci pilləyə yuvarlanıb. 

 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında bu mövsümün əvvəlində "Everton"dan maliyyə qaydalarını pozduğuna görə 10 xal silinib. Lakin apellyasiya şikayətindən sonra Liverpul təmsilçisinin 4 xalı geri qaytarılıb.