Portuqaliya millisinin futbolçusu Qonsalu Ramuş Fransanın PSJ klubunda 100-cü oyununu keçirib. Sport24.az xəbər verir ki, 24 yaşlı hücumçunun yubileyi Liqa 1-in XI turunda "Nitsa" ilə oyuna təsadüf edib.

 

Komandanın 90+4-cü dəqiqədə qələbə qoluna Ramuş imza atıb - 1:0.

 

Qeyd edək ki, PSJ 11 turdan sonra 24 xalla liderdir.