"Lex" Polşa çempionu olub. Sport24.az xəbər verir ki, Nils Frederiksenin rəhbərlik etdiyi komanda son turda "Piast" üzərində 1:0 hesablı qələbə qazanıb və turnir cədvəlinin zirvəsində mövsümü tamamlayıb.
"Lex" yaxın izləyicisi "Rakuv"u cəmi 1 xal qabaqlayıb.
Poznan klubu son dörd mövsümdə ikinci, ümumilikdə isə doqquzuncu dəfə Polşa çempionu oldu. Daha çox titul yalnız "Legiya" (15), "Qurnik" (14), "Visla" (14) və "Rux" (13) klublarına məxsusdur.