Baş məşqçi Sebastyen Pokonolinin sözlərinə görə, "Monako"nun yarımmüdafiəçisi Pol Poqba "Paris"lə oyun üçün heyətə qayıda bilər. Sport24.az xəbər verir ki, belçikalı mütəxəssis bununla bağlı "Footmercato"ya açıqlama verib.
"Knyazlıq klubu" noyabrın 1-də "Paris"lə üz-üzə gələcək.
Qeyd edək ki, Poqba bu yay "Yuventus"dan ayrıldıqdan sonra azad agent kimi "Monako"ya qoşulub. O, əvvəllər antidopinq qaydalarını pozduğuna görə cəza alıb və 2023-cü ilin sentyabrından bəri meydanda görünməyib.
 
     
                         
                 
                 
                 
                 
                