PAOK rəhbərliyi komandanın baş məşqçisi Razvan Luçesku ilə yolları ayırmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "MetroSport" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Yunanıstan klubu artıq boş qalacaq posta namziədləri gözdən keçirir. Moskva "Spartak"ının baş məşqçisi Deyan Stankoviç, BƏƏ-nin "Əl-Ayn" klubuna başçılıq edən Vladimir İviç və "Liverpul"un keçmiş yarımmüdafiəçisi Albert Riera namizədlərin qısa siyahısında yer alıb. Sonuncu 2024-cü ilin yayından Sloveniya təmsilçisi "Selje"nin "sükanı arxasındadır".

 

Qeyd edək ki, PAOK cari mövsümdə Yunanıstan çempionatında üçüncü olub. "Olimpiakos" "qızıl"a, "Panatinaikos" isə "gümüş"ə sahib çıxıb.