İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel yarımmüdafiəçi Koul Palmeri yığmaya çağırmamasının səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis qərarını belə şərh edib:
"Palmer yaxşı mövsüm keçirmədi. Mövqeyində ciddi rəqabət var və Bellingem, Morqan, Eze ondan daha yaxşı oynayıblar. Buna görə seçimim onlardan yana oldu. Palmer rəqabətdə geri qaldı".
İngiltərə millisi dünya çempionatında L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundiala iyunun 11-də start veriləcək. İngiltərə yığması ilk oyunu 18-də Xorvatiyaya qarşı keçirəcək.