İngiltərənin "Liverpul" klubunun sabiq qapıçısı Adrian karyerasını başa vurur. Sport24.az xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper özü açıqlama verib. "Betis"də çıxış edən Adrian son mövsümü keçirdiyini bildirib.
İspan qapıçı 2019-2024-cü illərdə "Liverpul"un formasını geyinib. O, İngiltərə klubu ilə Premyer Liqanı və Çempionlar Liqasını qazanıb.
Adrian 2024-cü ildən "Betis"də çıxış edir.