Misli Premyer Liqasının 33-cü turunun üçüncü oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "SOCAR Polymer Arena"da "Zirə"ni qəbul edir.

 

Hər iki komanda mövsümün əvvəlində qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoysa da, sonda istəyinə çata bilmədi. Nominal meydan sahibləri "futbol ili"ni turnir cədvəlinin 6-cı, "qartallar"ın isə 5-ci pilləsində başa vuracağı dəqiqləşib.

 

Qeyd edək ki, mövsümün son qarşılaşması sabah Qubada - "İmişli" ilə artıq elitanı tərk edəcəyi rəsmiləşən "Karvan-Yevlax" arasında baş tutacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXXIII tur

19:00. "Araz-Naxçıvan" - "Zirə" 0:0 (Birinci hissə)

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sumqayıt. "SOCAR Polymer Arena".

 

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 34. Urfan Abbasov (k) 4. Rahil Məmmədov 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko 19. Bar Kohen

Ehtiyat oyunçular: 12. Kristian Avram 8. Coşqun Diniyev 86. İbrahim Piriyev 33. Elmir Cəfərov 16. Ramon Maçado 70. Şarl Boli

"Zirə": 13. Aydın Bayramov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 4. Ruan Renato (k) 9. Davit Volkov 93. Brahim Konate 5. Ange Mutsinzi 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 32. Qismət Alıyev 19. Rüfət Abdullazadə 26. Stefan Aka 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 11. Junior Martins 17. Ayron Qomis 22. Eren Aydın