"Roma"nın qapıçısı Mile Svilar Avropanın bir çox klubunun transfer siyahısına düşüb. Sport24.az xəbər verir ki, PSJ, "İnter", "Çelsi" və "Nyukasl" serbiyalı qolkiperi transfer etmək istəyir.
Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
İtaliya klubu Sviları satmağın əleyhinə deyil. Onlar 26 yaşlı "əlcək sahibi" üçün 50 milyon avro tələb edirlər.
Qeyd edək ki, Mile Svilar 2022-ci ilin yayından "Roma"da çıxış edir. Serbiya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində 47 rəsmi matçda meydana çıxıb.