"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe həm klub, həm də milli komandanın qolları nəzərə alınmaqla 2025-ci ilin ən çox qol vuran oyunçular reytinqində birinci yeri tutub. Sport24.az xəbər verir ki, bu barədə IFFHS məlumat yayıb.

 

İlk "beşlik"də dörd tanışmış forvardla yanaşı, geniş kütlənin yaxından tanımadığı bir futbolçu da yer alıb. O, Puerto Riko təmsilçisi "Sörf"un hücumçusu Kevin Hernandesdir. 26 yaşlı oyunçu yalnız öz ölkəsində (qısa müddət ABŞ-da kollec futbolunda çıxış edib) oynayır və onun dünya reytinqinə daxil olması Puerto Riko futbolu tarixində görünməmiş hadisədir.

 

1. Kilian Mbappe ("Real", Fransa millisi) - 67 qol.
2. Harri Keyn ("Bavariya", İngiltərə millisi) - 60.
3. Erlinq Haaland ("Mançester Siti", Norveç millisi) - 57.
4. Kevin Hernandes ("Sörf", Puerto Riko millisi) - 48.
5. Viktor Osimhen ("Qalatasaray", Nigeriya millisi) - 46.