DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Misir millisi Cibutini 3:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu qələbə ilə Misir A qrupunda liderliyini təmin edərək mundiala vəsiqə qazanıb.

 

Oyunda ilk qolu 8-ci dəqiqədə İbrahim Adel vurub. "Liverpul"un hücumçusu Məhəmməd Salah isə 14-cü və 84-cü dəqiqələrdə fərqlənməklə dubla imza atıb. 

 

Qeyd edək ki, Misirdən əvvəl Afrikadan DÇ-2026-nın final mərhələsinə vəsiqəni Mərakeş və Tunis də qazanıb.

 

2026-cı il dünya çempionatında ümumilikdə 48 milli komanda iştirak edəcək və onlar dörd komandalı 12 qrupa bölünəcək.