Portuqaliyanın "Sportinq" klubu Pedru Qonsalveşin sözləşməsini yeniləyib. Sport24.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, 27 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Pedru Qonsalveş 2020-ci ildən "Sportinq"də çıxış edir. O, indiyədək komandası ilə 209 oyuna çıxıb, 87 qol vurub və 60 məhsuldar ötürmə verib.