"Barselona"nın futbolçusu Dani Olmo karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi agentli ilə birlikdə Mançesterə yollanıb.
"Barselona" maliyyə problemləri səbəbindən Olmonu La Liqada II dövrə üçün qeydiyyatdan keçirməyə bilər. Klub bu səbəbdən oyunçunun gedişinə mane olmayacaq.