"Roma"nın baş məşqçisi Klaudio Ranyeri komandadan ayrılacağı iddia edilən Paulo Dibala haqda açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında bunları deyib:

 

"Dibala bəyəndiyim oyunçudur. Onun yeni mövsümdə də komandada olmasını istəyirəm".

 

Dibalanın adı daha öncə "Qalatasaray"la hallanırdı. Argentinalı oyunçu bu mövsüm 19 oyunda 4 qol vurub.