Birinci dövrədə gözlədiyimizdən az xal topladıq. Bizim müəyyən xal hədəfimiz var idi. Lider "Qəbələ"dən bir az uzaqlaşmışıq. Hədəfimiz yenə də çempionluqdur. İkinci dövrədə istədiyimiz səviyyədə çıxış edə biləcəyimizi düşünürük". Bu sözləri Sport24.az saytına açıqlamasında Birinci Liqa təmsilçisi"İmişli"nin idarə heyətinin sədri Aqşin Mürsəlov deyib.

 

O, qıs fasiləsində komandanın heyətini gücləndirmək barədə düşündüklərini bildirib:

 

"Heyətimiz çempionluq üçün yetərlidir. Bir neçə futbolçu ilə güclənməyi düşünürük. Ən qısa zamanda qərar verəcəyik. Mövsüm ərzində heyətimizdə zədəlilər çox oldu. Futbolçular tam güclərini qoya bilmədilər.