Ukrayna millisinin və "Arsenal"ın müdafiəçisi Aleksander Zinçenko karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ku, bu barədə "MARATON Sports" nəşri məlumat yayıb.
"Fənərbaxça" ukraynalı futbolçu ilə maraqlanır. Ancaq İstanbul klubu hələlik onun transferi üçün "topçular"a rəsmi təklif göndərməyib.
Qeyd edək ki, 28 yaşlı Zinçenko 2022-ci ilin yayından "topçular"da çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilə 2026-cı ilin yayında başa çatacaq.