"Nottingem Forest"in nigeriyalı hücumçusu Tayvo Avoniyi əməliyyat olunduqdan sonra komadan çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, forvard ailəsi ilə birlikdə xəstəxanada, həkimlərin nəzarəti altındadır. Onun müalicəsi davam edir. Forvardın həyatı artıq təhlükədə deyil.
Qeyd edək ki, Avoniyi İngiltərə Premyer Liqasının 36-cı turunda "Lester Siti" ilə matçda (2:2) dirəklə toqquşduqdan sonra qarnından ciddi zədələnib və mayın 13-də təcili əməliyyat olunub. Nigeriyalı bir sutkadan artıq komada olub.