"Füzuli" Birinci Liqadan düşsə, böyük ehtimalla Region Liqasında iştirak etməyəcək". Bu sözləri Sport24.az saytına açıqlamasında "Füzuli"nin təsisçilərindən biri olan Vasif İsmayılov deyib.

İsmayılov komandasının dağılma təhlükəsi ilə üz-üzə olduğunu dilə gətirib.

"Kiminsə kluba sponsorluq edəcəyinə inanmıram. İllərdir bu komandaya kimlərsə köməklik edib, amma bu davamlı olmayıb. Görünən odur ki, klub sponsorsuz qalacaq və fəaliyyətini dayandıracaq. "Füzuli" adlı klubun tarixə qovuşması an məsələsidir".

Qeyd edək ki, "Füzuli" İkinci Liqada 25 turdan sonra 15 xalla sonuncudur.