"Latsio"nun baş məşqçisi Mauritsio Sarri "Napoli"ni  çalışdıra bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

 

Neapol təmsilçisi 67 yaşlı mütəxəssisə 2028-ci ilə qədər müqavilə təklif edib. Sarrinin məvacibi ildə 2,8 milyon avro təşkil ecəcək və əlavə bonuslar nəzərdə tutulub. 

 

Mətbuatda "Napoli"nin hazırkı baş məşqçisi Antonio Kontenin mövsümün sonunda postundan gedəcəyi ilə bağlı xəbərlər dolaşır. Sarrinin adı "Atalanta" ilə də yanaşı hallanır. 

 

Qeyd edək ki, Sarri əvvəllər "Napoli"ni çalışdırıb və 2015-ci ildən 2018-ci ilə qədər "azzurri"yə rəhbərlik edib.