İtalyan Rolando Maran Albaniya millisinin yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Albaniya Futbol Federasiyası əvvəlki məşqçisi Silvinyo ilə yollarını ayırıb. Braziliyalı mütəxəssis 2023-cü ilin yanvarından komandaya rəhbərlik edirdi.
Maran məşqçi karyerası ərzində "Breşiya", "Viçenza", "Katanya", "Kyevo", "Kalyari", "Cenua", "Piza" kimi klubları çalışdırıb. 62 yaşlı mütəxəssis 2025-ci ilin iyul ayından bəri işsizdir. Onun Albaniya ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Albaniya DÇ-2026-nın seçmə mərhələsinin pley-offunda məğlub olaraq mundiala vəsiqə qazana bilməyib. Payızda Maranın komandası Millətlər Liqasının C Divizionunda oynayacaq və 1-ci qrupdakı rəqibləri Belarus, San Marino və Finlandiya olacaq.