Xorvatiya millisinin kapitanı Luka Modriç dünya çempionatı tarixinin rekordunu qırıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

 

Modriç DÇ-2026-nın 3-cü turunda Qanaya qalib gəldikləri (2:1) görüşdə Nikola Vlaşiçin vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi olub. Modriç bu asisti 40 yaş 291 günlüyündə edərək, dünya çempionatları tarixində qol ötürməsi edən ən yaşlı futbolçu olub. 

 

Buna qədər sözgedən rekord Braziliya millisinin sabiq üzvü Tiaqo Silvaya məxsus idi. O, DÇ-2022-də Cənubi Koreya ilə oyunda 38 yaş 74 günlüyündə qol ötürməsi etmişdi.