Millimizin sabiq üzvü Eddi İsrafilov Malayziya təmsilçisi "Johor"da növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin komandası Asiya Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda doğma meydanlarında Tailandın "Buriram Yunayted" klubunu qəbul edib.

 

Görüş qolsuz heç-heçə ilə bitib. İsrafilov bu matça əsas heyətdə çıxıb və 90 dəqiqə meydanda qalıb. 

 

Qeyd edək ki, "Johor" Asiya Çempionlar Liqasının turnir cədvəlində 6 turdan sonra 8 xalla 6-cı yerdədir.