2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində D qrupunda yer alan Azərbaycan milli komandasının rəqibi Ukrayna növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Torontoda keçirilən "Canaadian Shield Four Nations" turnirində Yeni Zelandiya ilə qarşılaşan Ukrayna yığması 2:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycan sentyabrın 9-da və oktyabrın 13-də Ukrayna ilə qarşılaşacaq.