Polşa çempionatında XIV turun oyunları davam edir. Sport24.az xəbər verir ki, millimizin hücumçusu Rinat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Lex"lə qarşılaşıb.

 

Görüş 2:2 hesabı ilə başa çatıb. Dadaşov 77-ci dəqiqədə meydana çıxıb.

 

Qeyd edək ki, hazırda "Motor" 15 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.