Mehman Yunusov Şimal Regional Futbol Federasiyasının (ŞRFF) prezidenti olmaq istəmədi. Sport24.az-ın əldə etdiyi məlumata görə, veteran futbolçu namizədliyini geri götürüb.
"Sumqayıt" Futbol Akademiyasının meneceri Fəxrəddin Həsənov, ŞRFF-nin hazırkı vitse-prezidenti Ağamusa Bağırov, veteran futbolçu Aqil Məmmədov quruma rəhbərlik etmək üçün hələ də namizəddir.
Ən real namizəd isə Fəxrəddin Həsənov hesab edilir.
Qeyd edək ki, Noyabrın 4-də seçki keçiriləcək. Şimal Regional Futbol Federasiyasın son prezidenti ötən il dünyasını dəyişən Abdulla Məmmədov olub.