La Liqasının 11-ci turunda "Real" və "Valensiya" (4:0) arasında baş tutan oyundan sonra "Real" yarımmüdafiəçi Arda Gülerə görə bonus ödəməli olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Diario AS" X sosial media səhifəsində paylaşım edib.

 

Mənbənin məlumatına görə, Madrid klubu ilə "Fənərbaxça"ya arasında əldə olunan razılığa əsasən, yarımmüdafiəçi "Kral klubu"nda 75 oyun keçirəcəyi halda ispanlar qarşı tərəfə 2 milyon avro bonus ödəməli olacaq.

 

Qeyd edək ki, Güler 2023-cü ilin iyulunda "Fənərbaxça"dan "Real"a transfer olunub. "Real" türk futbolçu üçün ümumilikdə 26 milyon avro ödəyib. Yarımmüdafiəçi İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 75 görüşdə 15 qol vurub və 17 məhsuldar ötürmə edib.