Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Nesine Aydın Spor" klubu ilə yoldaşlıq oyunu keçirəcək. Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

 

Qarşılaşma noyabrın 9-da, saat 12:00-da Bakı İdman Sarayında təşkil ediləcək.

 

Bu matç Azəbaycan yığmasının AVRO-2027-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyacaq.