"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində doğma meydanda "Real"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, İngiltərə çempionu oyuna ciddi itki ilə çıxacaq.
Aleksandr İsak vacib görüşdə komandaya kömək edə bilməyəcək. Zədəsi olan isveçli hücumçu oyunöncəsi son məşqdə iştirak etməyib.
"Liverpul" Aleksandr İsakı bu ilin sentyabr ayında "Nyukasl"dan 145 milyon avroya transfer edib. 26 yaşlı forvard "qırmızılar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Liverpul" - "Real" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.