"Milan" icarə əsasında komandada çıxış edən Kayl Uolkerin transfer hüquqlarını almaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.

 

Uolker müqavilə ilə "Mançester Siti"yə məxsusdur. "Şəhərlilər" oyunçu ilə yola davam etmək niyyətində deyil.

 

Kayl bu mövsüm "Milan"da 30 oyunda iştirak edib.